20 aprel 2013 - 19:30
İdlibdə təcavüzkarlar ağır itkilərə uğradı

Suriya Milli Ordusunun, İdlib rayonundakı Muarrətul Numanın Vadi əl-Dayf və əl-Hamidiyə bölgələrində apardıqları Təmizlənmə Əməliyyatları zamanı, bir terror qrupunun bütün üzvləri təsirsiz hala gətizdirilmiş və Təl Səlmo, Huməymat əl-Dayir, Təl Tuvkan, əl-Bəyyaiyə, əl-Buvəyti, Katii və Huşeyr bölgələrində isə, çoxlu sayda terrorist canlı itkilər verərək, onlara məxsus bir çox cinayət alətləri təxrib edilmişdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusu, İdlib rayonun Cisr əl-Şugur bölgəsində, əsgər bölümlərinə hücum təşkil etməyə cəhd edən qəddar terroristləri darmadağın edərək, bir çox təchizatlarını toxnulmaz halda ələ keçirtmişlər.

SANA-ya açıqlama verən səlahiyyətli bir qaynaq bildirib: “Silahlı Qüvvələrimizin Cisr əl-Şugur Bölgəsinədəki Canudiyə, Hamama, Yaqubiyə, Qətrun, Şığır, Ferma, Hacı Hammud Tarlası, Eyn əl-Barida, Eyn əl-Şouda və Nəhlə Kilsəsi yaxınlığında, terrorçuların yuvaları və toplantı yerlərinə qarşı apardıqları xüsusi əməliyyatlar nəticəsində, çoxlu sayda terrorist, silah-sürsatları ilə birlikdə təsirsiz hala gətirilib”.

Eyn əl-Şiyb bölgəsinin Vadi əl-Məhamid mövqeində, “Tövhid Cəbhəsi” adlı terror qruplaşmasının bir bölümünə qarşı tələ qurulduğunu bildirən qaynaq daha sonra deyib: “Tələyə düşən qrupdakı terroristlərin çoxu öldürülərək, bir hissəsidə yaralı halda əsir götürülmüşdür”.

Suriya Milli Ordusunun, İdlib rayonundakı Muarrətul Numanın Vadi əl-Dayf və əl-Hamidiyə bölgələrində apardıqları Təmizlənmə Əməliyyatları zamanı, bir terror qrupunun bütün üzvləri təsirsiz hala gətizdirilmiş və Təl Səlmo, Huməymat əl-Dayir, Təl Tuvkan, əl-Bəyyaiyə, əl-Buvəyti, Katii və Huşeyr bölgələrində isə, çoxlu sayda terrorist canlı itkilər verərək, onlara məxsus bir çox cinayət alətləri təxrib edilmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır