14 aprel 2013 - 19:30
Çad ordusu Malidən geri çəkilir

Çad ordusu, partizan müharibəsində bacarığsız olmduğuna görə, Malidəki əsgərlərini geri çəkmək qərarın alıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Malidə Fransa işğalçı silahlı qüvvələri ilə birlikdə döyüşən Çad qoşunları ölkədən geri çəkilmək qərarın alıblar.

Çad dövlət başçısı İdris Deby, Malidəki partizan müharibəsinin çıxılmaz dalana girmək riskinə görə əsgərlərini geri çəkmək qərarın aldığını açıqlayıb. 2 min nəfərlik bir ordu ilə, Malidəki İslamçılar əleyhinə, döyüşə qatılan Çad ordusu xüsusilə şimaldakı dağlıq bölgələrdə fəaliyət göstərən müxalifət qrupuna qarşı əməliyyat aparır.

Fransa mediasına danışan Deby, "İslamcılarla üz-üzə döyüş bitdi. Çad ordusu, Malidə partizan formasında, sonu müəyyən olmayan, qaranlıq bir döyüşə hazır deyil" şəklində danışıb.

"Əsgərlərimiz Çada geri dönəcək. Onlar vəzifəsini müvəffəqiyyətlə tamamladı"deyən Debby, digər zirehli batalyonun bölgədən ayrıdı olduğunu da söylədi.

Qeyd edək ki,Səlib Yürüşlərinin davamı oilaraq Fransanın işğalçı silahlı ordusu, 11 Yanvar 2013-də Maliyə hərbi əməliyyat təşkil edib. Fransa işğalçı ordusuna, Müsəlmanlarla döyüşdə ən böyük dəstəyi məhz Çad ordusu verib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır