10 aprel 2013 - 19:30
Tale Bağırovun bir gündə iki məhkəməsi olacaq

Məhkəmələr səhər saat 11:00 və günortadan sonra 15:00 da başlancaq

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün Aprelin 11-də ilahiyyatçı Tale Bağırovun iki məhkəməsi olacaq. 

Vəkil Cavad Cavadov deyib ki, saat 11-də Sabunçu Rayon Məhkəməsi polis idarəsində Tale Bağırova işgəncə verilməsi, tutulma zamanı müdafiə hüququnun pozulması ilə bağlı müraciətə, saat 15-də isə Bakı Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirindən verilən şikayətə baxacaq.

Vəkil bildirib ki, aprelin 9-da Tale Bağırovun evində axtarış keçirilib: “Axtarışda diqqət çəkən heç nə tapılmayıb”.

Qeyd edək ki, Tale Bağırov martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisindəki “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında tutulub. əliyevlər rejiminin polisləri ənənəvi olaraq, bu dəfə də, günahsız məhkumun cibinə 1,026 qram heroin atıblar. Aprelin 2-də Sabunçu Rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ŞƏRLƏNİLİR.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır