9 aprel 2013 - 19:30
Burundi Respublikasının Prezidenti İmam Xamenei cənablarının qəbulunda olub + Foto

Dünya Müsəlmanlarının Ali Dini Lideri, Ayətullah Seyyid Əli Xamenei: “İİR, bütün Afrika ölkələrinin inkişaf edib, müttəfiq olmaqlarını alqışlayır”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 10 Aprel 2013 tarix, səhər radələrində, Mərkəzi Afrika Dövlətlərindən biri olan, Burundi Respublikasının Prezidenti Pyer Nkurunziza İran İslam Respublikasında işgüzar səfərdə olub.

Səfər zamanı, Prezident Nkurunziza, onu müşayiət edən rəsmi heyt ilə birgə, İmam Xamenei cənablarının qəbuluna düşməyə nail olublar.

Görüş zamanı Dünya Müsəlmanlarının Ali Dini Lideri, Ayətullah Seyyid Əli Xamenei cənabları, İran İslam Respublikasının Afrika Ölklərinə daim müsbət rəylə baxdığını önə çəkərək bildirib: “İİR, bütün Afrika ölkələrinin inkişaf edib, müttəfiq olmaqlarını alqışlayır”.

  .f5cls{text-align:justify;} .f5cls a{color:blue;text-decoration:underline;} .f5cls a:hover{color:red;text-decoration:none;} .f5cls a:visited{color:#a44;}

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır