Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Ziyalılar Forumu bir simvoik hərəkətlə doktor Mövsuüm Səmədovu 2012-ci ildə “ilin adamı” adlandırdıqdan sonra Bakının dövlət təşkilatları ölkə preidentinə bu adı almaq üçün əl-ayağa düşdülər və nəhayət bir neçə gün öncə “AzərTac” saytı Böyük Britaniyanın “The Business Year” jurnalının rəy sorğusu əsasında Azərbaycan prezidenti İlham Əliyevi öz prezidenyliyi dövründə Azərbaycanın dinamik iqtisadi, elmi və ümumi inkişafına görə dünyada “İlin adamı” elan etməsini xəbər verdi.
Bu jurnalın özünün və onun keçirdiyi rəy sorğusunun elmi camiə arasında nə qədər mötəbər olub-olmaması ayrı və geniş bir mövzudur və burada ondan söz açmağa macal yoxdur. Amma bu mövzunu qeyd edək ki, dünya səviyyəsində həmişə təbliğat məqsədilə belə sorğular keçirilir və seçki qabağı belə sorğuların bəzi üçüncü dünya ölkələrində xüsusi rövnəqi vardır.
Bu “sorğu” və “seçim”dən sonra diqqəti çəkən mövzu Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi atmosferidir. Ölkənin 20 faiz torpaqlarının işğal altında olması, təqribən 1 milyon qaçqın və onların olduqca ağır sosial problemləri, polisin onların etirazlarının qarşısını alması və həmişə mühasirədə saxlaması, səhiyyə sisteminin bacarıqsızlığı ki, bunun nəticəsində azərbaycanlı xəstələrin İranın tibb mərkəzlərinə sel kimi axını, bəzi xəstələrlə söhbət etdikdə Azərbaycanda dərman və müalicənin mafianın əlinə düşməsinin məlum olması, Quba və İsmayıllı qiyamlarını öz ardınca gətirən idarələrdəki rüşvət və korrupsiya, təzəlikcə faktlar əsasında üstü açılmış parlament deputatlığının alqı-satqısı (əlbəttə, Ramiz Mehdiyev kimi güclü siyasətçilərin nüfuzu bu ifşaçılığın müvəqqəti qarşısını almağa müvəffəq olub), hətta ölkə mediasının etirazına səbəb olmuş ölkədəki əxlaqsızılq və qadın qaçaqçılığı kimi sosial problemlər, azərbaycanlıları öz gündəlik məişətini təmin etmək üçün kütləvi surətdə Astara, Biləsuvar və Culfa keçid məntəqələrinə çəkən aşağı iqtisadi durumu, hətta bəzi dövlət adamlarının onlara rəhm etməməsi və gömrükdə onlara təzyiq göstərmələri, ordu problemləri, o cümlədən ikiyüz faiz intiharların artması, əsgər ölümləri, etnik bərabərsizlik, dini məhdudiyyətlər, Avropa təşkilatlarının etirazına belə səbəb olmuş insan hüquqlarının pozulması Azərbaycan xalqının problemlərinin təkcə bir hissəsidir ki, ölkə rəsmilər bu əsaslı problemlərə asanlıqla göz yumurlar, öz rəsmi mətbuatları və xarici qəzet və jurnalların bildirişi əsasında özlərini ilin adamı seçirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır