8 aprel 2013 - 19:30
Heydər Müslihi: Seçkilərdə iğtişaş yaradan şəxslər ciddi formada cəzalandırılacq

Höccətül İslam Heydər Müslihi: “İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi bütün səylərini qarşıdakı seçkilərin fəal keçirilməsi üçün təhlükəsizlik tədbirlərinə yönəldəcək”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi (ETTELAAT) qarşıdakı seçkilərdə iğtişaşlara yol verən şəxslərin ciddi formada cəzalandırılacağını bildirib.

İran İslam Respublikasının Təhlükəsizlik Naziri Höccətül İslam Heydər Müslihi Cənabları qarşıdakı seçkilərdə xarici kəşfiyyat idarələrinin və xüsusi orqanların müdaxilə etmək ehtimalına toxunaraq bildirib ki, bunların qarşısı alınacaq, ciddi formada cəzalar tətbiq ediləcək.

Cənab Müslihi 4 il əvvəl prezident seçkilərində baş verən hadisələrə toxunaraq deyib: “İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi bütün səylərini qarşıdakı seçkilərin fəal keçirilməsi üçün təhlükəsizlik tədbirlərinə yönəldəcək”.

Qeyd edək ki, İran İslam Respublikasında mühafizəkarlardan, islahatçı və müstəqil şəxslərdən 16 nəfər namizədliyini irəli sürüb. Yaxın günlərdə mühafizəkarların yeni namizədlərinin adlarının açıqlanacağı gözlənilir. İslahatçılara gəldikdə isə onların tanınmış simalarının namizədliyi ilə bağlı dəqiq fikirlər səslənmir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır