Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Fələstin torpaqlarını işğal etmiş sionist israil rejimində fəaliyyət göstərən kanal 2-yə müsahibə verən “Şeyx Əbdullah Təmimi” adlı vəhabi müficığazı, rəsmən sələfi-vəhabilərin sionist olduqlarına etiraf etdi.
Alimcığaz, yəhudi işğalçılarına verdiyi müsahibədə deyib: “Həqiqət budur ki, “İsrail” “bizim” düşmənimiz deyil. Ümumiyyətlə heç bir vaxt da bizə düşmən olmayıb”!
O, daha sonra, israil və vəhabi rejimlərin törətdikləri cinayətləri üstbastır etmək məqsədi ilə, sionizim qarşısında müqavimət göstərən Qəhrəman Suriya və Livan Xalqların vəhşi adlandıraraq deyib: “Hammımız yaxşı bilirik ki, biz hal hazırda İsrail ilə bir cəbhədə, “vəhşi qatillər”ə qarşı mübarizə aparırıq. Biz İsrailə yalvarırıq ki, Suriya və Livandakı “sünnilərin” hüquqların təmin edib, onların istək və arzuların yerinə yetirsin”.
Allahdan ümüdü qırılmış, israil rejiminə bel bağlayan alimcığaz, sonra deyib: “Sülhməramlı aksiyalar ilə, orduya qarşı heç bir iş görmək olmaz. Şüar verib, dükanları bağlamaqla da, heç bir vaxt işğalçıları çölə çıxartmaq olmaz. Ordu yalnız silah gücü və müharibə ilə məğlub edilə bilər”.
Qeyd edək ki, Suriyada fəaliyyət göstərən bütün vəhabi yaraqlıları bu alimcığazın fikirlərini bəyəniblər!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır