3 aprel 2013 - 19:30

Polis rəsmisi Kyi Şeik, Meikhtila şəhərində müsəlman və buddist qruplaşmaları arasında baş verən qarşıdurmaların törədilməsində şübhəli bilinərək saxlanılanların 30-nun buddist olduğunu vurğulayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Myanmada keçən ay baş verən hadisələrlə bağlı  30-u buddist olmaqla 42 nəfər həbs olunub. 

Polis rəsmisi Kyi Şeik, Meikhtila şəhərində müsəlman və buddist qruplaşmaları arasında baş verən qarşıdurmaların törədilməsində şübhəli bilinərək saxlanılanların 30-nun buddist olduğunu vurğulayıb.

Şeik bildirib ki, bu bölgədə hadisələrin ilk başladığı mağazanın müsəlman sahibi də nəzarətə alınıb və istintaq bitəndən sonra məhkəməyə çıxarılacaq.

Meikhtila şəhərində baş verən və təxminən 2 həftə davam edən qarşıdurmalarda 43 adam dünyasını dəyişib, çoxlu sayda Məscid və evlər yandırılıb.

Hadisələrdən sonra ölkə prezidenti Tein Seine  bölgədə fövqəladə vəziyyət elan edib və ordu bölgədə qarşıdurmaları nəzarət altına alıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır