31 mart 2013 - 19:30

Biz qeyd edirik ki, Azərbaycan rəsmiləri, bir daha geriyə, xalqın yanına dönərək, başda Tale Bağırov olmaqla, bütün vicdan məhbuslarını və özəlliklə Azərbaycan İslam Partiyasının Lideri Doktor Mövsüm Səmədovu azad etsin.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasında mövcud hakimiyyət anti-İslam siyasətlərinin davamı olaraq, dindar kəsimə qarşı növbəti REPRESİYA DALĞASI-na start verib. Belə ki, Hacı Tale Bağırov, dünən günorta saatlarından sonra müəmmalı şəkildə yoxa çıxıb. 

Bu gün isə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin saytında ilahiyyatçı Tale Bağırovun tutulması ilə bağlı rəsmi məlumat yayılıb.

Məlumatda deyilir ki, GÜYA Sabunçu Rayon Polis İdarəsinin “əməkdaşları”nın keçirdiyi “əməliyyat-axtarış tədbirləri” nəticəsində qəsəbə ərazisindəki “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Tale Bağırovdan isə 1,026 qram heroin götürülüb.

Biz ABNA olaraq bildirik ki, 20% torpaqları erməni işğalçılarının tapdaq altında olan Azərbaycanda, rejim strukturları tərəfindən, İslamçılara qarşı davam etdirilən belə bir mənfi siyasi oyunbazlığa son qoyulsun.

Biz düşünürük ki, Azərbaycan rəsmiləri qəbul etdikləri konstitusiyaya uyğun olaraq, başda İslam dini olmaqla bütün sahələrdə, iqtisadi, sosial, və siyasi sahələrdə qnuni addımlar atmalı və atdıqları hər bir addımlarında öz gələcək aqibətlərini düşünməlidirlər.

Biz qeyd edirik ki, Azərbaycan rəsmiləri, bir daha geriyə, xalqın yanına dönərək, başda Tale Bağırov olmaqla, bütün vicdan məhbuslarını və özəlliklə Azərbaycan İslam Partiyasının Lideri Doktor Mövsüm Səmədovu azad etsin.

Sözsüz ki, xoş və gözəl aqibət təqva əhli üçündür!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır