23 mart 2013 - 19:30

Beynəlxalq Anonymous Xaker qrupu “İsraili internetdən siləcəyik” elanıyla başladığı kiber hücumlar nəticəsində Mossad və israil ordusunun saytlarını çökdürdü. Ələ keçirdiyi agent və zabit siyahılarının hamısını nümayiş etdi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən məşhur Beynəlxalq Anonymous Xaker qrupu işğalçı israil rejiminə qarşı başlatdığı kiber hücum dalğasında bu rejiməə ağır bir zərbə vurub.

Anonymous israil müdafiə qüvvələri (IDF) və Mossada qarşı etdiyi hücumlarda, bu iki təşkilatın saytlarını da çökdürüb. Xakerlər daha sonra başda bu iki təşkilat olmaq yanaşı israil rejiminə aid rəsmi saytlardan ələ keçirdikləri 1677 nəfərlik ad siyahısını da internetdə yayımlayıblar.

Sosial şəbəkələrdə bomba kimi bu xəbəri izahedən Anonymous, əllərində Mossad agentlərinin və IDF zabit və əskərlərinin ad, ünvan, poçt ünvanı kimi məlumatlar ilə dolu olan siyahını internetdən yayıb. Siyahıda xüsusilə də Mossad agenturasının xeyli sayda açıq məlumatlarının olduğu bildirilir.

Dünən səhər saatlarında deaktiv qalan Mossadın rəsmi saytı isə, günortaya doğru ancaq dübarə fəaliyyətinə başlaya bilmişdir. Bu barədə sionist rejiminin rəsmi məqamları heç bir rəsmi açıqlama verməmişdir. Buna baxmayaraq Anonymous isə əllərində on minlərlə məxfi məlumatları ehtiva edən sənədlərin olduğunu və bunları sırayla internetdə yayınlanacağını bildiriblər.

Qeyd edək ki, Anonymous ötən həftə sionist israil rejimi tərəfindən Qəzza Zolağına edilən hücumlara cavab olaraq “İsraili internetdən siləcəyik" başlığıyla açıqlama verərək bu rejimə qarşı bu ana qədər edilmiş ən əhatəli kiber hücumları təşkil edəcəklərini açıqlamışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır