21 mart 2013 - 20:30

Terror hadisəsi zamanı, Suriya Əhli Sünnət camaatının alimi, Əllamə Muhəmməd Səid Rəməzan əl-Buti şəhid edilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən “əl-Nüsrə” terror qruplaşması, dünən Suriya Paytaxtı Dəməşqdə növbəti anti-İslam cinayətə əl atıb. Belə ki, əl-Qaidə terror qruplaşmasının Suriya qanadı sayılan əl-Nüsrə terror qruplaşması, Dəməşq şəhərindəki, əl-İman Məscidin minomyotla vurublar.

Terror hadisəsi zamanı, Suriya Əhli Sünnət camaatının alimi, Əllamə Muhəmməd Səid Rəməzan əl-Buti şəhid edilib.

Aldığımız məlumata görə, terror hadisəsində daha 20 namaz qılan şəxs, Şəhid edilib. Və həmçinin bir çox sayda suriyalı vətəndaş ağır yaralanıblar.

Qeyd edək ki, Əllamə Muhəmməd Səid Rəməzan əl-Buti Suriya Xalq Hökümətinin tərəfdarlarından və ölkədə islahatların terror aktların həyata keçirtməklə deyil, danışıqlar və seçki yolları ilə həll olunmasını istəyən şəxsiyyətlərdən biri idi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır