18 mart 2013 - 20:30

Suriya Milli Ordusu, Lazkiyə ətrafında apardığı digər bir əməliyyatda, silahlı terroristlərə aid bir tankı və bir neçə zirehli maşını darmadağın edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusu, Lazkiyə ətrafında terrorçuların rabitə mərkəzinə hücum edib. Hücumda, rabitə mərkəz məhv edillərək, bir sıra terroristlər zərərsiz hala gətizdirilib.

Müxbirimizin Suriyadan verdiyi məlumata görə, Suriya Milli Ordusuna bağlı birləşmələr, silahlı terroristlərin istifadə etdiyi və Suriya Milli Ordusu birləşmələri arasında rabitələrə parazit salan bir mərkəzi məhv edib.

Təşkil olunan hücumda, qeyd olunan mərkəzdə, aralarında Suriya Milli Ordusundan qaçan bəzi zabitlərin da iştirak etdiyi çox sayda terroristlər zərərsizləşdirilib.

Suriya Milli Ordusu, Lazkiyə ətrafında apardığı digər bir əməliyyatda, silahlı terroristlərə aid bir tankı və bir neçə zirehli maşını darmadağın edib.

Lazkiyənin Naciyə kəndində isə, təşkil olunan əməliyyatda 9 terroristin təsirsiz hala gətirildiyi, 81 terroristin də yaralandığı bildirilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır