Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən əl-Aləm TV kanalının Suriyadakı müxbiri bildirib ki, bu gün 18 mart 2013 tarix axşam radələrində terrorçu qryplaşmaların komandiri Əbdül Munim əl-Nəhar öldürülüb.
Müxbirin verdiyi məlumata görə, Suriya Milli Ordusu tərəfindən Homs şəhərinin “Covratul Ərayis” məntəqəsində, terrorçulara qarşı aparılan Təmizlənmə Əməliyyatları zamanı xeyli sayda terrorçu komandirləri ilə birgə darmadağın edilib.
Suriya Milli Ordusunun “əl-Riqqə” məntəqəsinin Şimalında apardıqları əməliyyatlar çərçivəsində isə, əl-Qaidə terror qruplaşmasının Suriyadakı qanadı sayılan əl-Nüsrə cəbhəsinin üzüvləri də xeyli sayda itki verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır