Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Bu gün Peyğəmbər (səlləlahu əleyhi və alih) övladları arasında, vilayət bağının ilk qızı, iman və təqva, elm və mərifət, səbr və dözüm və başqa insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın bariz nümunəsi Xanım Zeynəbi-Kubra (səlamullahi əleha) mövlud günüdür.
Biz ABNA olaraq, bu gözəl münasibəti ilə başda İslam Peyğəmbəri olmaqla İmam Zaman (əccələllahu fərəcəhu şərif) həzrətlərini və bütün bəşəriyyəti xüsusi ilə də xanımları səmimi qəlbdən təbrik edir və bu möhtəşəm bayramla əlaqədar saytımızın ziyarətçilərinə Xanım Zeynəbin (əleyha səlam) həyatı haqqda qısa məlumatı təqdim edirik.
Atası birinci İmam, Əmirəl Möminin Əli ibn Əbu Talib (əleyhis səlam), anası Xanımlar Xanımı, Peyğəmbərin (səlləlahu əleyhi və alih) qızı Xanım Fatimeyi Zəhra (səlamullahi əleyha) həzrətləridir.
Həzrəti Zeynəb (səlamullahi əleyha) hicri təqvimi ilə 5-ci ildə (miladi tarixi ilə 626-cı ildə) Səudi Ərəbistanın Mədinə şəhərində anadan olub. O, beş ilə qədər babası Peyğəmbərlə bir zamanda yaşamışdır.
Həyat yoldaşı əmisi Cəfəri-Təyyarın (əsleyhis səlam) oğlu Əbdüllahdır.
Həzrət Zeynəbin Arifə, Muhəddisə, Alimə və s. kimi ləqəbləri, Zeynəb, Zeynəbi-Kubra, Zeynəb bint Əli (əleyha səlam ) ad və künyələri vardı.
Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (əleyhis səlam) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb atanın ziynəti deməkdir.
Həzrət Zeynəb (əleyha səlam ) beş ilə qədər Peyğəmbərlə (səlləlahu əleyhi və alih) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (səlləlahu əleyhi və alih) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Xanım Zeynəb (əleyha səlam ) çox dözümlü, güclü, səbirli biri olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb olub.
Həzrəti Zeynəb (əleyha səlam ) Aşura faciəsindən sonra həm əsirlər karvanındakı qadınlara və uşaqlara rəhbərlik etmiş, həm də öz atəşin xütbələri ilə Yezid hökumətinin iç üzünü açıb insanlara göstərmişdi.
Mərhum Ustad Şəhriyar öz şerində belə deyir:
Kərbəla faciəsi bəzrin əkib başlandı
Ta Qiyamət nə qopa, Zeynəbi Kubra başına
Xanım Zeynəb (əleyha səlam ) barədə buyurulan kəlamlar
Aşura faciəsindən sonara Küfəyə ibni Ziyadaın sarayına gətizdizdirilən Xanım Zeynəb (əleyha səlam ) üzünü ibni Ziyada tutaraq “ey Ziyadın oğlu! bəsdi, bizim qanımızı tökdün hec vaxt Əli ibn Hüseyndən (İmam Zeynəlabidindən əleyhis səlam) ayrılmaram. Əgər onu öldürmək isdəsən mənim qanımı onun qanına qat” deyərək ona səsləndi.
Bu zaman İmam Zeynəlabidin (əleyhis səlam) belə buyurdu: “Bibican! həmd olsun Allaha sən müəllimsiz alimə və usdatsız anlaqli olan bir qadınsan”.
İmam Zeynəlabidin (ə): Bibim Zeynəb küfə və şam səfərlərində bütün yol boyu vacib və müsdəhəb namazları hamsın yernə yetirdi.Səfərin yorxnluqu və cətinlikləri ilə rastlaşdı,yetimlərə nəvaziş gösdərmək ,müsübət cəkmiş qadınlara nəvaziş onu Allahla münacat ve gecə nafilələri qılmağdan uzaq salmadı
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır