?>

4 könüllü, amerikan Pfayzer peyvəndindən sonra iflic olub

4 könüllü, amerikan Pfayzer peyvəndindən sonra iflic olub

Amerika ərzaq və dərman təşkilatı amerikan Pfayzer şirkətinin koronvirusa qarşı vaksininin sınağında iştirak edən dörd könüllünün iflic olduğunu bildirib.

ABNA24 Xəbər Verir, bu təşkilat qeyd edib ki, həmin şəxslər qeyd olunan peyvənddən sonra üz nahiyəsindən müvəqqəti iflic olublar.

Amerika ərzaq və dərman təşkilatı bu xəbəri verməklə xəbərdarlıq edibdir ki, Pfayzer peyvəndinin yan təsirləri problemi bu vaksinin ümumi hal almasından öncə həll edilməlidir.

Bundan öncə İngiltərənin səhiyyə və müalicə sektorunun başçıları xəbərdarlıq etmişdilər ki, koronavirus peyvəndi müxtəlif allergiyalara mübtəla olan şəxslərdə yan təsirlərlə nəticələnə bilər.

Belə bir halda, ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü tvitter-də bu ölkə vətəndaşlarına koronavirusa qarşı vaksinin aşılanmasının başlandığını xəbər verərək, bildirdi ki, müalicə sektorunun işçiləri vaksinin vurulacağı ilk şəxslər olacaqlar.

Məlumatlara görə, Amerikanın müxtəlif ştatlarında üç milyon doza koronavirusa qarşı vaksinin paylanması başlanb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*