11 mart 2013 - 20:30

Harrunun iddiasına görə, o “müsəlmandır”!, israil və İran İslam Respublikasına nifrət edir! və Suriya “mücahidləri”nin Bəşşar Əsəd qurluşuna qarşı terror əməliyyatlarını tam dəstəkləyir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Amerika işğalçı ordusunun ehtiyatda olan 30 yaşlı əsgəri Erik Harrun Suriyada hökumət qüvvələrinə qarşı vuruşan “ən-Nüsrə cəbhəsi” terrorçu qruplaşmasına qoşulub.

Harrunun iddiasına görə, o “müsəlmandır”!, israil və İran İslam Respublikasına nifrət edir! və Suriya “mücahidləri”nin Bəşşar Əsəd qurluşuna qarşı terror əməliyyatlarını tam dəstəkləyir.

ABŞ vətəndaşı həmçinin əlavə edib ki, öz “ən-Nüsrə”li döyüş yoldaşları tərəfindən “əl-Əmriki” (“Amerikalı”) kunyəsini alıb!.

O Erik adından da imtina edərək, Ömər adını götürüb! (Allah onununla məhşur etsin).

Harrun jurnalistlərə etiraf edib ki, Suriya münaqişəsi ərzində bir neçə hərbçini, şəbihi (hökumət yönümlü könüllü dəstələrin üzvləri) və bir iranlı vətəndaşı öldürüb.

Amerika əsgərlərinə qarşı heç vaxt silah qaldırmayacağını deyən “mücahid” eyni sözləri israilli hərbçilər haqda deməkdən çəkinib.

Qeyd edək ki, Erik Harrun 2003-cü ildə ağır avtomobil qəzasına düşdükdən sonra ehtiyata göndərilmişdi.  Erikin atasının sözlərinə görə, bundan sonra oğlunun davranışlarında ciddi dəyişiklər müşahidə olunmağa başlamışdı. Ata hesab edir ki, onun terrorçulara qoşulması da məhz bununla bağlıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır