11 mart 2013 - 20:30

ABŞ zabitləri, cinayət hadisəsindən dərhal sonra “Robert Bilz”i mühakimə qəsdi ilə, Əfqanıstandan çıxardaraq Vaşenqtona yollamışlar. Lakin qeyd edək ki, bu günə kimi olayla bağlı heç bir ciddi addım atılmayıb və cinayətkar sərbəst olaraq Amerika küçələrində dolaşmağındadır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 11 mart 2012 tarixdə Əfqanıstanın Cənub əyaləti Qəndharın “Pəncvay” məntəqəsində, işğalçı Amerika Birləşmiş Ştatlarının “Robert Bilz” adlı əskəri, residential- yaşayış evlərinə daxil olaraq, qadın və uşaq olmaqla 16 mülki vətəndaşı qətliam etmişdir.

Bu cinayət ilə kifayətlənməyən vəhşi amerikalı əskər, cəsədləri yandıraraq növbəti qeyri-insani bir cinayət törətmiş və sonra hadisə yerini tərk edərək hərbi bazaya yollanmışdır.

ABŞ zabitləri, cinayət hadisəsindən dərhal sonra “Robert Bilz”i mühakimə qəsdi ilə, Əfqanıstandan çıxardaraq Vaşenqtona yollamışlar. Lakin qeyd edək ki, bu günə kimi olayla bağlı heç bir ciddi addım atılmayıb və cinayətkar sərbəst olaraq Amerika küçələrində dolaşmağındadır.

Qeyd edək ki, Amerika məhkəməsi “Robert Bilz”i bir neçə dəfə məhkəmədə dindirmişdir. Lakin bu günə kimi onun cinayət işi ilə bağlı son qərarın verməyib.

Bəzi politoloqların fikrincə isə, Amerika Ordusu məhkəmə vaxtını uzadmaqla, öz əskəri tərəfindən törədilmiş cinayət işinin tam unudularaq yaddan çıxmasını istəyir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır