Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Dağıstanın Xasavyurt rayonunun Mutsalu kəndində naməlum şəxslər polis əməkdaşlarını atəşə tutublar. Silahlılar cavab atəşilə qətlə yetiriliblər.
“Polis əməkdaşları arasında xəsarət alan yoxdur”,- respublika DİN-in mətbuat xidmətindən bildirilib.
Hadisə Moskva vaxtilə 19:40 radələrində qeydə alınıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır