Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən dünən əliyevlər rejimində növbəti anti-İslam siyasətlər özünü büruzə verib. Belə ki, Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) hicablı tələbəni dərsə buraxmayıblar. Və universitet rəhbərliyi öz əməllərini izah etmək üçün heç bir açıqlama vermir.
Bu faciə ilə bağlı DEVAMM - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bununla bağlı bəyanat verib.
Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: "Tələbənin hicablı olmasına görə dərsə buraxılmaması - qüvvədə olan qanunvericiliyin kobud surətdə pozulması deməkdir. DEVAMM olaraq bu olayı kəskin pisləyirik. Vətəndaşın həm dini etiqad azadlığı, həm təhsil hüququ pozulur, ona qarşı diskriminasiya davranışı sərgilənir. Ölkə Konstitusiyasının 48-ci maddəsi, Azərbaycanın qoşulduğu "Mülki və Siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 18-ci maddəsi ilə dini etiqad azadlığı, o cümlədən, dini etiqada uyğun zahiri görkəmə malik olmaq hüququ birmənalı olaraq təsbit edilir.
Biz ADNA rəhbərliyini bu qanun pozuntusunu təcili aradan qaldırmağa, tələbənin hüquqlarını təxirəsalınmaz olaraq, bərpa etməyə çağırırıq".
Xəbər xidməti
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır