Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Misir hərbiçilərindən birinin verdiyi məlumata görə, dağıntı işlərində istifadə olunan ağır hərbi avadanlıqlar, Sina səhrasında aparılan “Böyük Təmizlənmə Əməliyyatında” tünellərin dağıdılması üçün istifadə olunacaq.”
Hərbi mənbə, tünellərin ətrafında möhkəm su keçirdməz beton bloklar ilə əhatə olmasına və bu səbəbdən də qeyd olunan Tünellərin daxilini Misir Ordusu tərəfindən su ilə doldurmaq planın faydasız olduğuna etiraf edib.
Adının çəkilməsini istəməyən hərbi mənbə tünellərin dağıdılması zamanı, tünel sahibləri tərəfindən hərbi hücumlara məruz qaldıqlarına işarə edərək deyib: “Tünellərin dağıdılması planı, tünel sahibləri tərəfindən ehtimal olunan hər hansı bir hücumunun qarşısını almaq məqsədi ilə, Misir Hərbi Qüvvələrinin tam nəzarəti altında həyata keçəcək.”
Xatırladaq ki, 2009-cu ildən bəri Qəzzə Zolağı işğalçı israil rejimi tərəfindən mühasirəyə alınaraq, 17 milyonluq Müsəlman əhalisinə hər hansı bir geyim, yeyinti, su və dərman preparatlarının gətizdirilməsinə mane olub. Elə həmin il, yəhudi vandalları havadan, qurudan və sudan Qəzzə Zolağına qarşı hərbi hücuma keçərək, Müsəlmanları növbəti soyqırıma məruz etmişdir. Lakin bütün buna baxmayaraq Qəhrəman Qəzzə Xalqı,yeganə quru sərhəddi olan Misir sərhədlərində müxtəlif tünellər qazaraq, israil vandallarının 7 illik mühasirəsindən can qurtarmaq üçün öz yeyinti, su, geyim və dərman preparatlarının 30%-ni bu tünellərin köməliyi ilə Qəzzəyə gətizdirir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır