4 mart 2013 - 20:30

Səs çoxluğu ilə Həsənova Həmayil AİP Nefçala Rayon Komitəsi QŞ-nin sədri seçilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən martın 3-də Azərbaycan İslam Partiyasının (AİP) Qadınlar Şurasının (QŞ) sədri Növrəstə İbrahimova Nefçala rayonunda səfərdə olub. Səfər çərçivəsində N.İbrahimova rayondakı AİP fəalları ilə görüşüb.

Görüs zamanı Növrəstə xanım fəallarla yaxından tanış olub. QŞ sədri  çıxışında həbsdə olan dindarların əməlləri ilə müsəlman bacı və qardaşlara nümunə olduğunu qeyd edib.

Toplantının gündəmində AİP Nefçala Rayon Komitəsi QŞ-nin sədrin və komitə üzvlərinin seçilməsi məsələsi durub.  Səs çoxluğu ilə Həsənova Həmayil AİP Nefçala Rayon Komitəsi QŞ-nin sədri seçilib. Bundan əlavə 11 nəfər QŞ-nin  üzvü seçilib.

AİPQŞ-nin birinci müavini Fatimə Səlimova çıxışında təyinatların məsuliyyət və fəallıq tələb etdiyinə diqqət yönəldib:  “Komitə üzvlərinin AİP-in tədbirlərində iştirak etməsi vacibdir. Bundan əlavə bölgədə İslam dərslərinin, dini bayramların keçirilməsi də nizama salınmalıdır”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır