3 mart 2013 - 20:30

Anşel Pfeffer: “Kleptokratik rejim (yunanca oğru hakimiyyət ) nümayişçiləri döyür, jurnalist və müxalifətçiləri əsassız olaraq həbsə atır, seçkilərin nəticələrini saxtalaşdırır”!!

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Fələstin torpaqların işğal etmiş sionist israil rejiminin ən populyar nəşrlərindən olan “Haaretz” qəzeti əliyevlər rejimini “oğru hakimiyyəti” adlandırıb.

Qəzetin dərc etdiyi “Antisemitizmin olmadığı ölkə” başlıqlı yazıda yəhidulərə Azərbaycandakı xoş münasibətdən, hakimiyyətin israillə dostluğa çalışmasından bəhs olunur. Lakin müəllif Anşel Pfeffer belə bir suala cavab axtarır ki, ümumən insan haqlarını pozan və korrupsiyalaşmış rejim öz xalqına qarşı zorakı rəftar etdiyi halda yəhudilərə necə yaxşı ola bilər.

Sionist müəllif xatırladır ki, söhbət İran İslam Respublikasının qonşuluğunda yerləşən, əhalisinin isə 95%-i Şiə Müsəlmanları olan ölkədən gedir.

“Azərbaycanlılar və yahudilər müxtəlif imperiyaların əsarəti altında 2500 ildən artıq yanaşı yaşayıblar”, deyən sionist düşüncəli qəzetçi belə uydurmağa çalışıb: “Şiələrin əksəriyyəti tolerant əhval-ruhiyyədədir, Azərbaycan mədəniyyəti isə kifayət qədər dünyəvidir.” !!!

 Sionist müəllif yazır ki, işğalçı israil  rejimi Azərbaycanla güclü strateji alyansdadır və Prezident İlham Əliyev tez-tez yəhudi mərkəzlərinə baş çəkir.

Ancaq müəllif daha sonra Dağlıq Qarabağ müharibəsini yada salır və həmçinin, qeyd edir: “Kleptokratik rejim (yunanca oğru hakimiyyət  ) nümayişçiləri döyür, jurnalist və müxalifətçiləri əsassız olaraq həbsə atır, seçkilərin nəticələrini saxtalaşdırır”!!

Dha sonra sionist müəllif belə bir sual ortaya qoyur: “Diktator öz xalqı ilə pis, yahudilərlə yaxşı rəftar edə bilərmi? Bəlkə onun hərəkətləri Vaşinqtondakı “yahudi lobbisinin” himayəsinə olan ümidlə izah edilir?”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır