Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Əfqanıstan Danqam məntəqəsinin Polis Şöbə rəisi Mutiullah bildirib: “Bu gün, 1 mart, 2013 tarix, səhər radələrində Daqan sərhəd məntəqə polis maşını, qiyamçılar tərəfindən basdırılmış minaya düşərək partlayıb. Partlayış nəticəsində 7-si polis əməkdaşı, 3-çü isə mülki vətəndaş olmaqla 10 nəfər həyatını itirib.”
Danqam Polis rəisi, daha sonra hadisənin kim tərəfindən törədildiyinə işarə edərək bildirib: “Baş vermiş hadisə “Sülh Düşmənləri” (Əfqanıstan rəsmiləri tərəfindən Taliban Terror Təşkilatına işarə edilən termindir) tərəfindən törədilib.”
Lakin qeyd etmək lazımdır ki, Taliban qruplaşması, hadisə ilə bağlı hər hansı bir rəsmi bir məlumat yayımlamayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır