Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İordaniyada fəaliyyət göstərən sələfi “cihadçı”ların qüdrəti, günü-gündən artmaqda davam edir.
İordaniyalı jurnalist “Mahir Əbu Teyr”, bu barədə apardığı araşdırmada narahat edici məqamlara toxunaraq yazır: “İordaniyada təkfirçi sələfilərin qüdrəti, sürətlə artmaqdadır. Onlar, Suriya hakimiyyətini devirmək məqsədi ilə, Suriyaya yollnaraq, “əl-Nüsrə” terrorçu qrupun bayraqı altında, yerli hakimiyyət ilə vuruşurlar. Demək olar ki, İordaniyalı təkfirçilər, Yaxın Şərqdə, eləcədə Beynəlxalq müstəvidə baş verən hadisələrdə mühüm rola malikdir. ”
Mahir Əbu Teyr yazdığı məqalədə, iordaniyalı təkfirçilərin sayının Suriyada sürətlə artmasına və İordaniya höküməti tərəfindən bu işin qarşısının alınmamasına təkid edərək bildirir: “Amman dövləti, buna diqqət yetirmir ki, artıq ABŞ və Qərb İttifaqı Suriyada “əl-Nüsrə” yaraqlılarının fəaliyyətinə son vermək fikrindədir. Və bu da “əl-Nüsrə” yaraqlılarının geriyə, doğma vətənləri olan İordaniyaya dönməsi deməkdir.”
Jurnalist təsüflə qeyd edir: “Suriyada böhranın sona yetməsi, təkfirçilərin geriyə döndükdə, həmin böhranın İordaniyada başlanması mənasındadır. Hazırda Suriyada 5 min iordaniyalı təkfirçi mövcuddur. Mütəxəssislərin və Siyasi Təhlilçilərin verdikləri proqnoza görə, İordaniya dövləti, yaxın gələcəkdə cihadçı təkfirçilərin Suriyadan geriyə döndükləri zaman, ağır müharibələr ilə üzləşməli olacaq.”
Mahir Əbu Teyr daha sonra qeyd edir ki, əldə olan dəqiq məlumatlar əsasən, İordaniyanı qarşıda xətərli hadisələr gözləyir.
1- Təkfirçi sələfi cəryanın İordaniyada günü-gündən, sürətlə artması.
2- İordaniyanın mətəqədə baş verən hadisələrdə, xüsusi ilə də Suriya böhranın daha da qızışmasında dəxalət etməsi.
3- İordaniyada daxili problemlərin artması və müxalifət ilə dövlət arasında ixtilafların gərginləşməsi...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır