Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyası (AİP) İdarə Heyətinin və İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin toplantısı olub.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda partiya sədri Hacı Mövsüm Səmədov və digərlərinin şikayəti ilə bağlı Respublika Ali Məhkəməsinin son qərarına münasibət açıqlanıb. Ali Məhkəmənin əvvəlki məhkəmə instansiyalarının ədalətsiz qərarlarını qeyd-şərtsiz qüvvədə saxlanmasını İslamçılar Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqil olmaması, sifarişli həbslərə bütün instansiyalarda yaşıl işığın yandırılması kimi qiymətləndiriblər.
Müzakirə zamanı bəyanat qəbul edilib. Bəyanatda deyilrir ki, “2011-ci il yanvarın 2-də AİP-in Baş Ölkədə fikir plüralizminə qarşı belə qəddar münasibətlər həm də onun göstəricisidir ki,beynəlxalq dairələr, dünyanın demokratik təsisatları Azərbaycanda strateji, xammal, yanacaq, başqa sözlə maddi maraqlardan başqa bir şey güdmür. Xalqımızın sərvəti hesabına hakimiyyəti satın almaq heçbir demokratik prinsipə sığmır. Ölkədə zülmün qarşısı alınmalı, zülmkar cəzasına çatdırılmalıdır. Cəmiyyətin fəal qüvvələrinin həbsxanalara atılması yalnız xalqa zərər yetirmək deməkdir.”
Toplantıda islamçılar Ali Məhkəmənin əvvəlki məhkəmə instansiyalarının hökmünü qüvvədə saxlayan qərarına qarşı və İslamçıların azadlıq hüquqlarının bərpa olunmasına görə Avropa Məhkəməsinə şikayət etməyi qərara alıblar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır