Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriyanın paytaxtı Dəməşq şəhərinin mərkəzində bu gün baş verən partlayış nəticəsində azı 53 nəfər ölüb, 200-dən çox insan isə yaralanıb.
Hakimiyyətdəki BƏƏS Partiyası Mərkəzi Komitəsinin binasının yerləşdiyi İmam meydanının girişində kamikadze-terrorçu içinə bomba yerləşdirilmiş avtomobili partladıb.
Nəticədə 400 metr radiusda yerləşən binalara ciddi zərər dəyib, çoxlu sayda avtomobil zərər çəkib. Partlayış baş verən yerdə 3 metrlik iki çuxur əmələ gəlib.
Olayla bağlı, Suriya Xarici İşlər Nazirliyi çıxış edərək bildirib: “Dəməşqdəki terror aktını “Əl Qaidə” ilə əlaqəli və xaricdən maliyyələşən terrorçu qruplaşma törədib”.








Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır