Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İraq prezidenti Cəlal Tələbaninin səhhəti yaxşılaşmağa doğru gedir.
İraq prezident adminstrasiyasının mətbuat xidmətindən verilən açıqlamaya görə, Tələbaninin səhhətində irəliləyişlər müşahidə olunur.
Açıqlamaya görə, İraq prezidenti müalicəsinə yaxşı reaksiya verir, onun danışmaq və hərəkət qabiliyyətləri bərpa olunmağa başlayır.
Xatırladaq ki, 2012-ci il dekabrın 18-də beyin qanaması diaqnozu ilə xəstəxanaya çatdırılan İraq prezidentindən uzun müddət ərzində xəbər olmayıb. Onun müalicəsi hazırda Almaniyada davam etdirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır