9 fevral 2013 - 20:30

Xətib Şeyx Əkrəmə Səbri: “Fələstin İnformasiya Mərkəzinin yayımladığı bildirişə görə, hazırda Qüds sakinlərinin 36%-ni Ərəb və Müsəlmanlar təşkil verir. İşğalçı israil rejimi isə bu rəqəmin 2020-ci ilə kimi 12%-ə qədər azaltmaq əzmindədir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən israil sionist rejimi, Fələstində yerləşən Qüds şəhərinin qədim məntəqəsi sayılan “əl-Səvanə”-dəki yaşayış binasını xarab etmək fikrndədir.

Bu barədə “Əqsa Məscidi”nin Xətibi Şeyx Əkrəmə Səbri məlumat verib.

Xarab olunacaq binada yaşayan, “Əqsa Məscidi”nin Xətibi, Şeyx Əkrəmə Səbri daha sonra deyib: “Sionist israil rejimi, Qüdsün əsl sakinlərini Fələstin torpaqlarından qovub çıxartmaq və Fələstində yəhudiləşdirmə planını həyata keçirtmək məqsədi ilə, fələstinli sakinlərin evlərini uçurtmaq siyasətinə əl atıb.”

O, daha sonra bildirib: “Fələstin İnformasiya Mərkəzinin yayımladığı bildirişə görə, hazırda Qüds sakinlərinin 36%-ni Ərəb və Müsəlmanlar təşkil verir. İşğalçı israil rejimi isə bu rəqəmin 2020-ci ilə kimi 12%-ə qədər azaltmaq əzmindədir.”

“Əqsa Məscidi”nin Xətibi sonda bütün Ərəb və Müsəlman ölkələrinə müraciət edərək, işğal olunmuş Qüds sakinlərini yəhudi vandalizimindən qorumalarını xahiş edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır