9 fevral 2013 - 20:30

Sanksiyaya səbəb İran İslam Respublikası, Şimali Koreya və Suriyaya qarşı kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı tətbiq olunan ABŞ qanunun pozulması səbəbi göstərilir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən dünya üzrə Nüvə Silahının Yayılmasında böyük rolu olan və sionist israil rejiminə sayı hesabı bilinməyən Kütləvi Qırğın Silahlarını töhfə edən Amerika Birləşmiş Ştatları bir daha Belarus, Çin, Venesuela, İran İslam Respublikası, Suriya və Sudanın bir sıra hüquqi və fiziki şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiyaya səbəb İran İslam Respublikası, Şimali Koreya və Suriyaya qarşı kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı tətbiq olunan ABŞ qanunun pozulması səbəbi göstərilir.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, sanksiyalar Belarusiyanın iki təşkilatına - "TM Сервисиз" şirkəti və Respublika Elmi və Sənaye unitar Müəssisəsi КБ «Радар» -, həmçinin onların nəzarəti altında olan hər hansı bir müəssisələrə tətbiq edilir.

ABŞ rəsmi orqanlarının verdiyi qərara əsasən, qeyd olunan şirkətlərin və fiziki şəxslərin gördüyü işlər, potensial baxımdan "Kütləvi Qırğın Silahları” (KQS) və ya kruiz və ballistik raket silahlarının inkişafına maddi yardım göstərməkdə", həyata keçə bilməsinə səbəb olmuşdur.

Sanksiyaların tətbiq olunmasına baxmayaraq lakin bu məsələ ilə bağlı ABŞ Xarici İşlər Nazirliyi tərəfindən daha spesifik məlumat verilməyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır