8 fevral 2013 - 20:30

Turqut Özala Bakıda zəhərli limonadı kim verib və zəhər haradan alınıb?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin “Ülke TV” kanalında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə bağlı şok iddia səslənib.

Kanalın "Sıradışı" proqramının 7 fevral tarixli buraxılışında Türkiyənin mərhum prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsi iddiaları müzakirə olunub. Proqramın qonağı, araşdırmaçı yazar Ömer Özkaya bu xüsusda əldə etdiyi məlumatlardan danışıb.

Onun iddiasına görə, zəhər Özala limonadla verilib. Limonad isə ona Bakıda “çox güvəndiyi, Azərbaycanın başındakı bir şəxs tərəfindən” verilib. Özkaya bu şəxsin Heydər Əliyev olduğunun iddia edildiyini deyib.

Onun sözlərinə görə, Tütkiyəyə bu bilgini Bolqarıstan xüsusi xidmətində çalışan türklərlə dost bir nəfər verərək deyib ki, zəhər onlardan alınıb.

Türkiyəli araşdırmaçı yazarın sözlərinə görə, bu məlumatı ötürən həmən xüsusi xidmət əməkdaşı məlumatı ötürəndən bir müddət sonra ölü tapılıb. Onun intihar etdiyi bildirilib, amma meyitinin aşkarlanma vəziyyəti  öldürüldüyünü deməyə əsas verir.

Videoya baxmaq üçün aşağıdakı linkə tıklayın:

http://www.youtube.com/watch?feature=player_embedded&v=A9iTLlDQyL0

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır