1 fevral 2013 - 20:30

“Financial Times" hakimiyyətin heykəl məğlubiyyətindən yazdı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Heydər Əliyevin Mexikodakı “büt”ünün aqibəti dünya mətbuatının gündəmindən düşmür. Bu dəfə heykəl məsələsinə «Financial Times» nəşri toxunub.

Qəzetin yazdıqlarını qısa ixtisarlarla təqdim edirik:

Avqustda "Meksika-Azərbaycan Dostluq Parkı"nda 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin heykəli ucaldılıb. Eyni zamanda yaxınlıqda 1992-ci ildə ermənilər tərəfindən məhv edilən, soyqırıma məruz qalan Azərbaycanın Xocalı kəndinin xatirəsinə lövhə vurulub. Bütün bunlara təxminən 5,4 milyon dollar pul xərclənib. Əliyevin abidəsinin açılışında Mexiko meri daxil olmaqla bir neçə yüksək vəzifəli Meksika hökumət nümayəndələri iştirak edib.

Meksika ictimaiyyəti 8000 kilometr uzaqda yerləşən bir ölkəyə rəhbərlik edən şəxsin heykəlinə əvvəl az diqqət yetirirdi. Lakin sonradan onun nüfuz və hörmətini pulla almaq istəsələr də, bu əks təsir verdi. Azərbaycan hökuməti keçmiş prezidentin şöhrətini artırmaq üçün səy göstərirdi. Lakin Mexiko şəhəri sakinləri heykəlin kimə aid olduğunu bilib avtoritar ölkənin diktatorunun heykəlinə etiraz etdi.

Ötən həftə gecə 200 polisin mühafizəsi altında heykəl yük maşınına qoyularaq aparıldı. Bu məsələ Azərbaycan üçün təhqirlə başa çatdı.

«İndi hamı Azərbaycan haqqında mənfi danışır», bunu abidənin araşdırılması üçün yaradılan hökumət komissiyasının üzvü, görkəmli jurnalist Guillermo Osorno deyib.

Əliyev sovet Azərbaycanında DTK-ya rəhbərlik etmiş amansız diktator idi. Azərbaycana indi aqressiv atasının şəxsiyyətinə pərəstiş edilən oğul İlham Əliyev rəhbərlik edir. Hər yerdə eks-prezidentin şəkilləri asılıb, hər şəhərdə adına böyük bir küçə, ölkədə onun adını daşıyan 60-dan çox muzey və mədəniyyət mərkəzləri var. Son bir neçə ildə dünyanın bəzi ölkələrində, əsasən Orta Şərq və keçmiş kommunist ölkələrində Əliyevin azı 14 heykəli qoyulub.

Əliyevin şəxsiyyəti ilə yanaşı Azərbaycan da mübahisəli tarixi dönəm yaşayır. Son vaxtlara qədər Azərbaycan Meksikada gündəmə gəlmək üçün yaxşı irəliləmişdi. Mexikoda Xocalı ilə bağlı tədbirlər keçirilib. Lakin bu tədbirləri keçirən Azərbaycan Əliyevin heykəli ilə kələk gəlmək istəyib...

«New York Times» qəzetində də Heydər Əliyevin avtoritar rəhbər kimi tanınması, antidemokratik rejim qurmasından söhbət açılıb. O Azərbaycanda sabitliyin yaranmasına çalışsa da, siyasi həyatda seçki saxtakarlıqları, insan hüquqlarının pozulması, mətbuatı, opponentlərini susdurması, ona tabe olmayanları çevriliş və sui-qəsddə ittiham etməsi barədə şikayətlər olurdu və bu tez-tez hesabatlara salınırdı. Diktator görmüş Meksikanın paytaxtı Mexikoda ziyalılar belə məsələlərə çox həssasdır. Meksika paytaxdı liberal şəhərdi. «Bu şəhər öz azadlığı ilə qürur duyur və biz Heydər Əliyevin heykəli olan park istəmirik» - deyə şəhər sakinləri bildirir. «Pis zövqdə düzəldimiş bu abidə əhəmiyyətli bir yerdə, Qandi və Çörçelin heykəllərinin yazxınlığında yerləşir». Bu mövzuda mübahisələr artırdı, bu məsələ televiziya və radioda müzakirələr mövzusuna çevrildi.

Nəticədə bu məsələnin öyrənilməsi üçün şəhərin tanınmış ziyalılarından ibarət komissiya yaradıldı və noyabrda Əliyevin abidəsinin yığışdırılması qərara alındı.

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun abidəni qorumaq cəhdi isə uğursuz oldu.

Öz müsahibəsində Muxtarov bildirib ki, meksikalıların əksəriyyəti onu dəstəkləyib, baxmayaraq ki, o bunu sübut edə bilmir. Etiraz edənlər isə güya yalnız Meksikadakı bir qrup azərbaycanlı mühacirdir. O iddia edirdi ki, bu mübahisəni ölkədəki erməni icması ortaya atıb. Bu da Azərbaycan hakimiyyətinin ənənəvi bəhanəsidir.

O yalandan iddia edirdi ki, Klivlend şəhərində də Heydər Əliyev parkı var.

Muxtarov bəyan edib ki, Azərbaycan tərəfi yalnız heykəlin yerində qalması ilə bağlı qərarla razılaşacaq və əgər heykəl yığışdırılsa, Beynəlxalq məhkəməyə müraciət edəcək. Lakin heykəl götürüləndən sonra o öz mövqeyini yumşaltdı və rus mətbuatına bildirdi ki, şəhər rəhbərliyi ilə danışıqlar aparır və Azərbaycan mədəniyyəti mərkəzi inşa edərək abidəni orda yerşədirmək niyyətindədirlər. Bu gün Heydər Əliyevin abidəsi Mexiko şəhər tikinti və inkişaf departamentinin anbarındadır. Abidənin yığışdırılmasını əks etdirən videodan görünür ki, onu çirkili, zibil və kərpic dolu həyətə atırlar. Bu da “millətin qəhrəmanı” üçün biabırçı aqibətdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır