Əhli Beyt (əleyhimus səlam) -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İraq Daxili İşlər Nazirliyi sözçüsü Polkovnik Səəd Mian dünən Fars News agentlikinə terrorçu qrupların dağıdılması ilə əlaqədar verdiyi açıqlamada bildirib: “Əl Qaidə terror təşkilatının İraqın mərkəz bölgəsində yerləşən ən böyük qərargahı, Ölkə Təhlükəsizlik Qüvvələri tərəfindən artıq məhv edilib”. Polkovnik Mian daha sonra bu barədə belə bildirib: "İraq Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı anti-terror qüvvələri, ölkənin Babil əyalətində, Əl-Qaidə terror təşkilatına aid böyük bir qərargahı aşkar etdikdən sonra oraya qarşı çevik əməliyyata başlamışlar. Uğurla bitən əməliyyat zamanı aralarında Əl Qaidənin nəqliyyat vasitələrinə bomba qurğuların yerləşdirilməsi məsulu, informasiya işləri nümayəndəsi, cənub əyalətin komandiri və yüksək səviyyəli liderlərindən 22 nəfər yaxalanaraq ələ keçmişdir". İraq Daxili İşlər Nazirliyi sözçüsü Polkovnik Səəd açıqlamalarının davamında, sözü gedən qərərgahda böyük sayda partlayıcı maddələrin, RPG və həmçinin odlu yüngül və ağır silahların da ələ keçdiyini bildirmişdir. Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
İraq Daxili İşlər Nazirliyi sözçüsü Fars News-a açıqladı
Əl-Qaidənin İraqdakı ən böyük qərargahının məhv edilməsinin detalları!
20 yanvar 2013 - 20:30
Xəbər kodu: 383529
Əl Qaidə terror təşkilatının İraqın Babil əyalətindəki ən böyük qərargahı dünən İraq anti terror xüsusi gücləri tərəfindən təsbit və məhv edildi