Əhli Beyt (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün Bakı Apellyasiya Məhkəməsində ruhani Abgül Süleymanovun apellyasiya şikayəti ilə bağlı məhkəmə keçirilib.
Hakim cinayət işi ilə tanış olduqdan sonra növbəti məhkəmə iclasını 23 yanvar saat 15:00-a təyin edib.
Abgül Süleymanovun hüquqlarını Anar Qasımlı və Rüstəm Zülfüqarov müdafiə edir.
Ruhani Abgül Süleymanovun Bakı Ağır Cinayətləri Məhkəməsində sübuta yetirilməyən ittihamlarından apellyasiya şikayəti verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi mübariz ruhani Hacı Abgül Süleymanov barəsində 11 il həbs qərarı verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır