Əhli Beyt (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən dünən 15 Yanvar 2013 tarixdə ABŞ, sionist rejimi, Türkiyə, Qətər və Səudi Ərəbistan rejimiləri tərəfindən bir başa idarə olunan terrorçu qüvvələr, Suriya Milli Ordusu qarşısında ardıcıl məğlubiyyətlərə uğradıqdan sonra, qabaqcadan verdikləri bəyanatlara əsasən, bir başa Suriya xalqını hədəfə aldılar.
Düşmən qüvvələri, Hələb inistutunda, böyük bir partlayış hadisəsi törətmişlər. Hadisə zamanı 80 günahsız gənc tələbələrin Şəhid olduqları xəbəri verilib.
Yaralılara ilkin yardım xidmətlərin göstərmək üçün, tez bir zamanda hadisə yerinə təcili yardım maşınları göndərilib.
Hal şahidlərinin bildirdiklərinə görə, baş verən hadisə, kamikaze tərəfindən özünə intihar vasitəsi ilə deyil, məhz uzaqdan idarə olunan qurğu ilə baş tutmuşdur.
Yerli rəsmi orqanlardan verilən məlumata görə isə, terrorçular uzaqdan atdıqları iki roketlə Hələb inistutunun faciəsin törətmişlər. Roketin biri, insitutun yataq xanasına, digəri isə, kompyuter otağına atılmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır