Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ruhani Hacı İlqar Əliyevin məhkəməsi yenə təxirə düşüb.
Bu barədə açıqlama verən vəkil Tağı İbrahimov deyib ki, dekabrın 4-də Cəlilabad Rayon Məhkəməsində keçirilən prosesdə hal şahidlərindən yalnız biri – polis əməkdaşı dindirilib: “Digər hal şahidi isə prosesə gəlməyib. Dindirilən polis əməkdaşı kənardan hal şahidi gətirdiyini etiraf etmədi. Ona görə də polis əməkdaşının təkidi ilə hal şahidliyi etdiyini deyən Ağayev Ramil Ramiz oğlu məhkəməyə gətirilməli, hər iki şəxs üzləşdirilməlidir.
Hadisəni təsadüfən görənlər hal şahidi qismində çıxış edə bilər. Hal şahidi heç bir tərəfin marağına xidmət etməməlidir. Ağayev Ramil Ramiz oğlunu polis əməkdaşı hal şahidi qismində təqdim edibsə, deməli, Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulub. Bu isə İlqar Əliyevin narkotik vasitələrlə əlaqəsi olmadığına dəlalət edir. Narkotik vasitə onun cibinə Göytəpə məscidindən Cəlilabad Rayon Polis Şöbəsinə gətirilərkən atılıb”.
Xatırladaq ki, Ruhani Hacı İlqar Əliyev bu ilin fevral ayında, İlham Əliyev rejiminin güc strukturları tərəfindən tutulub. O, rejimin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ŞƏRLƏNİLİB. Ruhani özü həbsini bu ilin mayında Bakıda keçirilmiş Bədnam “Avroviziya” Fəsad yarışmasına etiraz etməsi ilə bağlayır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır