23 noyabr 2012 - 20:30

Bu barədə ictimaiyyətə Misir prezidentinin mətbuat xidmətindən məlumat verilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Misirin dövlət başçısı Məhəmməd Mursinin köməkçilərindən Səmir Markas tutduğu postdan istefa verib.

Bu barədə ictimaiyyətə Misir prezidentinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Məhəmməd Mursinin konstitusiya tənzimləmələri çərçivəsində Baş prokuror Əbdülməcid Mahmudu işdən çıxararaq yerinə Tələt İbrahimi təyin etməsi, dövlət rəsmiləri tərəfindən etirazla qarşılanıb.

Qeyd edək ki, "Müsəlman Qaraşları" təşkilatının namizədi Məhəmməd Musri Misirin yeni prezidentidir. O, prezident seçkiləri zamanı keçmiş baş nazir Əhməd Şəfiqə qalib gələrək dövlət başçısı seçilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır