Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İsrail rejiminin Qəzzaya qarşı hərbi əməliyyatları bu gün beynəlxalq təzyiqlərdən sonra dayandıracağı bildirilir.
HƏMAS hökumətinin rəsmisi İzzət əl-Rişk bununla əlaqədar bildirib ki, İsrail rejimi hələlik onların tələblərinə cavab verməyib və buna görə də indiyə qədər atəşkəs əldə olunmayıb. Buna görə də atəşkəsin bu gün əldə ediləcəyi gözlənilir.
Gün ərzində Misirdə İsrail rejiminin Qəzzaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqədar ciddi müzakirələr aparılacağı bildirilir. Hazırda Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, Almaniya xarici işlər naziri Quido Vestervelle və ABŞ dövlət katibi Hillari Klinton İsrail rejimindədir. Eyni zamanda Ərəb Ölkələri Liqasına üzv olan 12 ölkənin xarici işlər naziri və Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Qəzza səfərlərini davam etdirir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır