9 noyabr 2012 - 20:30

Tunisdəki Nahda Hərakatının lideri Raşid el-Gannuşi Fələstinlə bağlı ilginc açıqlamalar verdi

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Paytaxt Tunisdə Qüds İnkişaf Mərkəzinin açılışına qatılan Nahda Hərakatının lideri Raşid el-Gannuşi ilginc açıqlamalar verib. O, bildirib ki, ümmət siyasi, hərbi və mədəni baxımdan yaxşıya doğru gedir. Bu da Fələstinin azadlığının yaxınlaşdığını göstərir.

Gannuşi qeyd edib ki, iradənin azadlığa çıxması üçün atılan hər addım Fələstinin azadlığa çıxması üçün atılmışdır: "Ümmət səfləri birləşdirməyə, torpaqlarını azad etməyə və qaynaqlarını səfərbər etməyə yönəlir. İqtisadi, hərbi, intellektual və mədəni baxımdan güclənən İslam ölkələri artıq Qərbi "sionizmə" dəstək verməkdən imtina etdirə bilər".

Nahda Hərəkəti lideri İsraili, Fələstində həyasız siyasət yaradaraq, Qüdsdəki Megaribe (Faslılar) səmtindəki tarixi əsərləri yox etməkdə günahlandırdı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır