6 noyabr 2012 - 20:30

Zəlzələ noyabrın 6-sı saat 19:19-da Nardarandan 57 km şimal-qərbdə - Xəzər dənizində qeydə alınıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən və bu gün Azərbaycan Respublikasında zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, birinci zəlzələ noyabrın 6-sı saat 19:19-da Nardarandan 57 km şimal-qərbdə - Xəzər dənizində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

İkinci zəlzələ saat 23:27-də Zaqatala rayonundan 11 km cənubda qeydə alınıb. Zəlzələ Zaqatalada 3.0 bal gücündə hiss olunub.

Bu gün səhər isə İranda zəlzələ baş verib. Yeraltı təkanlar saat 10:26-da İran İslam Respublikasında Ordubaddan 92 km cənub-şərqdə, Təbrizdən 47 km şimali-şərqdə qeydə alınıb.

Zəlzələ Ordubad, Naxçıvan, Culfa və İranla həmsərhəd cənub rayonlarında 3.0-2.0 bala yaxın hiss olunub. Tikililərdə dağıntı və insan itkisi yoxdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır