Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən keçən il 6 may Hicab aksiyasında ŞƏRLƏNƏRƏK həbs olunan ruhani Hacı Tale Bağırov bu gün səhər saatlarında rejimin zindanından azadlığa buraxılıb. Hacı Tale Bağırovun görüşünə çoxlu sayda dindarlar gəlib.
Ruhani Tale Bağırov ilk olaraq Azərbaycan İslam Partiyasının həbsdə olan sədr müavini, hicab şəhidi Vaqif Abdullayevin məzarını ziyarət edib.
Daha sonra Ruhani Tale Bağırov vətən yolunda şəhid olan Milli Qəhrəman Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun məzarlarını ziyarət edib.
Şəhidləri ziyarət etdikdən sonra dindarlar Hacı Tale Bağırovla birgə Bibiheybət, yeddinci İmamımız Musai Kazımın (əleyhi səlam) qızı Xanım Həkimənin (səlamullahi əleyha) ziyarətinə yollanıblar.
Bibiheybət hərəmində camaat namazı qılındıqdan sonra İmam Museyi-Kazımın qızı (s.ə.) müqəddəs məzarını ziyarət edən ruhani Tale Bağırov dindarlara öz təşəkkürüni bildirib.
Biz ABNA olaraq azadlığa çıxan Mübariz Ruhani Hacı Tale Bağırovun ailə üzvlərini və bütün Azərbaycan xalqına təbrik ərz edirik.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır