Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Nobel sülh mükafatçısı, müxalif demokratların rəhbəri Onq San Soçi Myanmada ruhinqiyalı Müsəlman azlıqların müdafiə etməkdən boyun qaçırdı.
Hesablamalara görə, ifratçı buddistlərin son hücumunda 300-dən çox müsəlman şəhid edilmişdir.
San Soçi BBC kanalına verdiyi müsahibədə deyib ki, Ruhinqiya müsəlmanlarına dəstək verməyəcək.
Soçi deyib: Mən özünü qorumanın tərəfdarıyam. Amma düşünmürəm ki, hansısa atributu ucaltmaq üçün problemlərin məğzinə diqqət etmədən mənəvi rəhbərliyə lüzum olsun.
Bu, Myanmanın tanınmış müxalif şəxsiyyətçisi olan San Soçinin Raxin əyalətinin minlərlə müsəlmanına qarşı baş vermiş soy qırım və onların evlərindən çıxarılması haqqında ilk dəfə fikir bildirməsidir.
Nobel sülh mükafatçısı olan Soçinin Raxin əyalətində Ruhinqiya müsəlmanlarına qarşı qəddarlıqlar qarşısındakı sükutu indiyə qədər bir çox beynəlxalq insan haqları müdafiəçilərinin etirazına səbəb olmuşdu.
Soçi bu zorakılıqlar haqqında ilk dəfə fikir bildirərkən demişdi: Əgər insanlar bir-birlərini öldürsələr və bir-birlərinin evlərini yandırsalar, istənilən məntiqi həll yolunu necə əldə etmək olar?
Bu fikirlər bildirilən zaman, dünyanın məşhur mediası buddistlərin müsəlmanlara verdikləri əzab-əziyyət, işkəncələr haqqında faktlar və sənədli materiallar hazırlayıb yayımlamışdılar.
Bu da dahi Nobel sülh mükafatçısının insan haqlarına qayğısı. Bu mükafatı Mixail Qorbaçov, Şimon Peres, Barak Obama da alıb...
Xatırladq ki, BMT-nin hesabatına əsasən, Myanmanın buddist əyalətində yaşayan Müsəlman azlıqlar təzyiq və zorakılığa ən çox məruz qalan azlıqlardırlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır