4 noyabr 2012 - 20:30

Tədbirdə DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, VİP sədri Əli Əliyev, AXCP sədrinin müavini Razi Nurullayev, Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev, Müsavat başqanının müavini Gülağa Aslanlı, ictimai-siyasi xadim Pənah Hüseyn çıxış edərək bütün müsəlmanları bu bayram münasibətilə təbrik etmiş, bu cür bayramların ölkə səviyyəsində keçirilməsinin arzusunda olduqlarını dilə gətirmişlər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Azərbaycan İslam Partiyasının təşəbbüsü ilə Elit şadlıq sarayında Qədir Xum bayramı münasibətilə tədbir təşkil edilib.

Bayram tədbirində ölkənin ictimai-siyasi xadimləri, ilahiyyatçı alim, ruhanilər iştirak edib.

Tədbirdə ilk olaraq çıxış edən Azərbaycan İslam Partiyası sədrinin birinci müavini Hacı İnqilab Əhədli məclis iştirakçılarını bayram münasibətilə təbrik edib.

Bundan başqa tədbirdə DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, VİP sədri Əli Əliyev, AXCP sədrinin müavini Razi Nurullayev, Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev, Müsavat başqanının müavini Gülağa Aslanlı, ictimai-siyasi xadim Pənah Hüseyn çıxış edərək bütün müsəlmanları bu bayram münasibətilə təbrik etmiş, bu cür bayramların ölkə səviyyəsində keçirilməsinin arzusunda olduqlarını dilə gətirmişlər.

Bayram münasibətilə düzənlənmiş tədbirdə həmçinin "Heydəri-Kərrar" ilahi nəğmələr qrupu öz gözəl və rəngarəng sürudları ilə məclisə xoş əhval-ruhiyyə bəxş etmişlər.

Azərbaycan İslam Partiyasının təşkil etdiyi bu nurani məclis elmi-fəlsəfi və əxlaqi-tərbiyyəvi mahiyyəti etibarı ilə iştirakçıların böyük razılığına səbəb olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır