Əhli Beyt -ABNA- xəbər agentliyi- Bu gün mübarək Zil-Hiccə ayının 18-ci günüdür. İslam Peyğənbəri Muhəmməd İbn Əbdullahın (səlləllahu əleyhi və alih) canişinin Allah Təala tərəfindən təyim edilən günüdür.
Bu gün, bəşəriyyətin ən sevincli günlərindən biri sayılır. Bu anlar Alah Təalaya edilən duaların qəbul olan anlarıdır. Biz ABNA olaraq dünya xalqlarının bu sevincinə qoşulur və misilsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) Həzrətlərinin özünü və onun haqq naibi İmam Xameneyi cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik.
Qədir-Xum barədə qısa anlayış
QƏDİR-XUM
Qədir-Xum bayramı... İslam tarixində özünəməxsus əhəmiyyəti olan bu hadisəni bayram kimi qeyd edən ilk şəxs məhz, Allah elcisi Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alih) olmuşdur.
Peyğəmbər İmam Əlini (əleyhis səlam) özündən sonra müsəlmanlar üzərində xəlifə təyin edib o günü bayram elan etmiş və bu münasibətlə mərasim təşkil etmişdir. Rəsuləllah (s) bu bayram haqqında belə buyurmuşdur: "Qədir-Xum günü, ümmətimin ən fəzilətli bayram günüdür. Bu həmin gündür ki, Allah-təala qardaşim Əli ibn Əbu Talib ümmətimə Məndən sonra Onunla hidayət tapmaları ücün rəhbər təyin etməyi mənə əmr etmişdir.
Qədir-Xum hadisəsi
Hicrətin onuncu ilində Peyğəmbər (səlləllahu əleyhi və alih) fərizəni yerinə yetirmək və həcc mərasimini icra etmək ücün Məkkəyə yola düşdü. Həc mərasimini öyrənmək və Peyğəmbərlə həmsəfər olmaq həvəsi ilə o Həzrətlə yoldaş olanların sayı təxminən 120min nəfərə qədər oldu.
Həcc mərasimi sona catdı. Karvan Qədir-Xum adli susuz bir yerə catanda vəhy mələyi nazil olub, Peyğəmbərə dayanmaq əmri verdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) əmr etdi ki, hamı dayansın, arxada qalanlar da gəlib catsın.
Allahın əmri ilə Maidə surəsinin 67-ci ayəsi nazil oldu:
"EY PEYĞƏMBƏR, ALLAHIN TƏRƏFİNDƏN SƏNƏ NAZİL OLANI CAMAATA CATDIR VƏ ƏGƏR CATDIRMASAN, ALLAHIN RİSALƏTİNİ YERİNƏ YETİRMƏMİŞ OLARSAN. ALLAH SƏNİ CAMAATIN ZƏRƏRİNDƏN QORUYACAQ." (Maidə surəsinin 67-ci ayəsi)
QƏDİR-XUM HADİSƏSİNİN ŞƏRHİ
Hicrətin 10-cu ilində miladi tarixi ilə 633-cü ildə, yəni İSLAM Peyğəmbərinin (səlləllahu əleyhi və alih) ömrünün son ilində Həzrəti Məhəmməd Peygəmbər (səlləllahu əleyhi və alih) özünün son HƏCC mərasimini tamamlayaraq Mədinəyə qayıdırdı. Bu zaman 120 mindən artıq müsəlman əziz Peyğəmbərlərini (səlləllahu əleyhi və alih) müşayiət ədirdilər. Zilhiccənin 18-də günortanın qızmar günəşi şiddətlə Qədir-Xum diyarına sacırdı. Həzrəti Məhəmməd Peygəmbər (səlləllahu əleyhi və alih) gözlənilmədən hamıya bu isti səhrada dayanmağı əmr etdi. Bir az öncə onlardan ayrılan Yəmən, Taif və başqa diyarlardan olan müsəlmanların arxasınca qasid göndərərək onların qayıtmasını istədi. Hamı zöhr namazı qilmaq ücün hazırlaşırdı.
Peyğəmbər (səlləllahu əleyhi və alih) zöhr namazını o əzəmətli cəmiyyətlə birgə qıldı. Sonra camaatın arasına gəlib dəvələrin palanlarından düzəldilmiş uca minbərə cıxdı və uca səslə bir xütbə oxudu. Daha sonra Peyğəmbər camaata buyurdu:
Ey camaat! Yaxın vaxtlarda mən haqqın dəvətinə ləbbeyk deyib sizin aranızdan gedəcəyəm. Mən də məsulam, siz də məsulsunuz Mənim barəmdə nə fikirləşirsiniz? Ətrafdakılar dedilər: Şəhadət veririk ki, sən Allahın dinini təbliğ etdin, bizə qarşı xeyrxah olub daim bizə nəsihət etdin.
Camaat sakitləşəndən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:
- Mən sizin arnızda iki qiymətli əmanət yadigar qoyuram.
Ey camaat! Allahın kitabından və mənim itrətimdən qabağa kecməyin və ikisindən geri qalmayın ki, nəticədə məhv olmayasınız. Daha sonra İslam Peyğəmbəri (səlləlahu əleyhi və alih) bir neçə kəlmə Həzrəti İmam Əlinin (əleyhis səlam) fəzilətlərindən, onun barəsində nazil olan ayələrdən danışaraq buyurdu: Ey müsəlmanlar, mən sizə sizin özünüzdən daha yaxın deyiləmmi? (Yəni mənim əmr və göstərişlərim sizin öz fikirlərinizdən daha əhəmiyyətli deyilmi? Mən sizin rəhbəriniz deyiləmmi?) Dedilər: Bəli ya Rəsuləllah!
Bu vaxt Peyğəmbər Əlinin (əleyhis səlam) əlindən tutub yuxarı qaldırdı ki, o qədər qaldırdı ki, böyrünün ağlığı hamıya göründü.
"Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir". Peyğəmbər bu cümləni üç dəfə təkrar edərək buyurdu:
Pərvərdigara, Əlini sevən hər kəsi sev. Əli ilə düşmən olan səndə düşmən ol. Ona kömək edən şəxsə kömək et, onu zəlil etmək istəyəni zəlil et!
Daha sonra vəhy mələyi Peyğəmbərə xəbər verdi ki, Allah bugun öz dinini kamillləşdirib, öz nemətini bütün möminlərə bol etdi.
Bu vaxt Peyğəmbər uca səslə buyurdu:
ALLAHA ŞÜKÜR EDİRƏM Kİ, ÖZ DİNİNİ KAMİL ETDİ VƏ ÖZ NEMƏTİNİ SONA CATDIRDI, MƏNİM RİSALƏTİMDƏN VƏ MƏNDƏN SONRA ƏLİNİN VİLAYƏTİNDƏN RAZI OLDU.
Daha sonra üzünü bütün müsəlmanlara tutaraq: Gedin Əli (əleyhis səlam) ilə bey`ət edin! Buyurdu.
Həzrəti İmam Əliyə (əleyhis səlam) hamıdan öncə Ömər, sonra Əbu Bəkr daha sonra Osman, Təlhə, Zübəyr və bütün müsəlmanlar beyət etdilər...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır