1 noyabr 2012 - 20:30

Terrorçu qruplaşmalar Türkiyə sərhədlərinə yaxın məntəqədə yaşayış mənzilinə daxil olaraq ev sakinlərin gülləbaran etmişlər. Nəticədə ailə üzvlərini təşkil edən 7 nəfərin (onların əksəriyyətin uşaq və qadın təşkil edir) həyatına son qoymuşlar

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən xarici dövlətlər tərəfindən dəstək alan “azad Suriya ordusu” adı altında fəaliyyət göstərən terrorçu qruplaşmalar, Suriyanın Şimali Qərb hissəsində yerləşən İdlib şəhərinin Harim məntəqəsində terror aktların törədməklə öz cinayətlərinə davam etdirirlər.

Böhran vəziyyətin yaşayan Harim məntəqəsindən aldığımız son məlumata görə, terrorçu qruplaşmalar Türkiyə sərhədlərinə yaxın məntəqədə yaşayış mənzilinə daxil olaraq ev sakinlərin gülləbaran etmişlər. Nəticədə ailə üzvlərini təşkil edən 7 nəfərin (onların əksəriyyətin uşaq və qadın təşkil edir) həyatına son qoymuşlar.

Həmçinin terrorçular Harim məntəqəsinin digər bölgəsində Suriya Milli Ordusunun yoxlanış məntəqəsinə hücum çəkərək, böyük bir silahlı qarşıdurma yaradmışlar. Atışma zamanı Suriya Milli Ordusu 7 şəhid vermiş, terrorçu ünsürlərdən isə 17-si qətlə yetmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır