Zəli- Həlqəvi qurdlar tipinə və Hirudinea sinifinə aiddir.
Zəlinin xarici quruluşu
Zəli nin dəri-əzələ kisəsində bütün əzələlər var. Bu əzələlər onun hər tərəfə dönməsinə kömək edir. Zəli onurğasızdır. Onun iki ədəd kutikula ilə örtülü kəsici dişcikləri var. Zəli parazitlik edərkən, qanı sorarkən onun diçciklərinin yeri üçbucaq formasında olur.
Zəlinin daxili quruluşu
Zəlidə iki ədəd yarımdairə çinədan var. Bundan başqa ağız sormacı, arxa sormac, ağız, udlaq, bağırsaq vardır. Bağırsaq üç yerə şaxəlidir. Bunlardan ikisi kor, biri isə anal dəliyə açılır. Zəli bir çox xəstəlikləri sağaldır. Buna kömək isə onun tüpürcəyində olan hirudin fermenti-dir. Zəli tromblaşma, qan laxtalanması və s. kimi xəstəliklərin müalicəsində rol oynayır.

Zəli ilə müalicə - Hirudoterapiya - qədim zamanlardan bəri müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan unikal müalicə növü olub, zəlilərin insan orqanizmində olan bioloji aktiv nöqtələrə qoyulması ilə həyata keçirilir. Bu üsulun effektliliyi zəlinin ağız sekretində olan xüsusi maddələrin olması ilə əlaqədardır. Bu maddələr zəlinin ağız suyundan insanın qanına keçir və öz təsirini göstərir. Hirudoterapiya keçmiş əsrlərdən bəri istifadə olunan sadə və çox effektli və təhlükəsiz bir müalicə üsuludur, bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Hirudoterapiyanın müalicəvi təsir mexanizmi:
Zəlinin həyat fəaliyyəti məhsulları içərisində 30-a qədər faydalı maddələr var. Bu maddələri ağrıkəsici, antiseptik və s. effektləri var. Zəli ilə müalicə ürək-damar və sinir sisteminin çox yaxşı təsir edir. Mütəmadi istifadədə immun sistemini də yüksəldir. Qanı durulaşdırır, arterial təzyiqi normallaşdırır. Dəridəki çapıqların sorulmasına kömək edir.
Zəli müalicəsi keçmişdə baş ağrılarında aradan qaldırılmasında istifadə olunurmuş. Bəzi xalqlar sonsuzluğun müalicəsində zəlilərdən istifadə ediblər.
Lazimi nəticəni almaq üçün 10 zəli proseduru qəbul etmək lazımdır. Hər prosedurun davametmə müddəti 45 dəqiqə olmalıdır, adətən bu müddətə zəlilər özləri dəridən ayrılır. Bir dəfəyə 3-dən 9-a qədər zəli qoyulur.
Hansı xəstəlikləri zəli vasitəsilə müalicə etmək olar?
• Dəri xəstəlikləri (psoriaz, ekzema)
• Ürək-damar xəstəlikləri
• Prostatı və potensiya pozğunluqları
• Endokrin xəstəliklər (şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri)
• Qadınlarda siklik problemlər yarananda
• Mioma
• Müxtəlif travmalar zamanı (sınıqlar, əzilmələr)
• Osteoxondroz
• Müxtəlif iltihabi proseslər
• Venaların varikoz genişlənmələri
• Tromboflebit
Zəli ilə müalicə ağrılıdırmı?
Zəli təzə yapışanda pasientlər xoşagəlməz hissiyyat keçirə, bəzə yüngül ağrı hiss edə bilərlər. Təxminən 10 dəqiqə sonra bütün bu narahatlıqlar keçir, çünki zəlinin ağız suyundakı maddələr bu müddətə öz keyidici təsirini göstərir.
Əgər sizin üçün zəlini qəbul etmək mümkünsüzdürsə, ondan tərkibində zəlinin faydalı maddələri olan kremlərdən alıb istifadə edə bilərsiniz.
Zəli ilə müalicəyə əks göstərişlər varmı?
Təəssüf ki, bütün müalicə növlərində olduğu kimi, zəli ilə müalicədə də əks göstərişlər mövcuddur. Zəli ilə müalicə zamanı qan çıxdığı üçün laxtalanma sistemində problem olan xəstələrə (hemifiliya xəstələrinə), qadınlara xas vəziyyətlər, hamiləlik, doğum vaxtı, operasiya qabağı bu müalivə üsulu əks göstərişdir.
Xüsusi tapşırıqlar
Zəli ilə müalicədən öncə mütləq həkim qəbulunda olub müayinədən keçmək lazımdır. Hirudoterapiya xüsusi zəlilər vasitəsilə icra edilir. Bir zəli yalnız bir xəstə üçün istifadə olunmalıdır. Adi su hövzələrindən tutulmuş zəlilərdən istifadə yolverilməzdir! Çünki adi su hövzələrindən tutulan zəlilərin nə ilə qidalandığı məlum deyil, ola blər onların qanında hansısa zərərli maddələr və müxtəlif xəstəliktörədici mikroblar ola bilər. Bunlar isə müalicə zamanı insanın qanına keçə və ağır sonluqlara səbəb ola bilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır