23 oktyabr 2012 - 20:30

Hacı Raminlə saxlanılanlar da sərbəst buraxılıblar

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bir neçə gün əvvəl polis tərəfindən saxlanılan və 5 sutka həbs cəzası alan Yevlaxın İmam Camaatı Hacı Ramin Quliyev sərbəst buraxılıb.

Bu barədə Yevlaxdan məlumat verilib.

Məlumatda bildirilir ki, Hacı Raminlə saxlanılanlar da sərbəst buraxılıblar və hələlik heç bir instansiyadan təzyiq yoxdur.

Qeyd edək ki, bir həftə əvvəl Hacı Ramin Quliyev, qardaşı Xəqani Quliyev və Yevlaxlı inanclı Tehran Həsənov polis tərəfindən saxlanılmış və barələrində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə əsasən sutkalıq cəza tətbiq olunmuşdu.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır