Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Rusiya Federasiyasının Dağıstan bölgəsində növbəti qətl hadisəsi baş verib.
Rusyadan aldığımız məlumata görə, Dağıstanın Üçkənd kəndinin İmam Camaatı evində anonim insanlar tərəfindən güllə zərbəsi ilə şəhadətə yetirilib.
Üçkənd Məscidinin 60 yaşlı İmam Camaatı mərhum İsmail Qadjiyev aldığı güllə yaraları nəticəsində çoxlu qan itirərək şəhid olmuşdur.
Hal şahidlərinin dediklərinə görə, qatillər nömrəsiz maşınla cinayət yerini tərk etdərək məsuliyyətdən yayınmışlar.
Qeyd edək ki, Dağıstan polisi cinayətlə bağlı istintaq işinə artıq başlandığını bildirir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır