Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyada sionist qüvvələrinin köməkiyi ilə Xalqın dəstək verdiyi Bəşər Əsəd hökumətini devirməyə çalışan terrorçularla bağlı daha bir iyrənc fakt ortaya çıxıb.
Bu dəfə suriyalı terroristlər müxtəlif şəhərlərdə vətəndaşların boş qalan evlərinə hücum edərək oradan əldə etdiyi qəniməti bölə bilməməklə gündəmə gəlib.
Məlumata görə, belə bir hadisələrdən biri Təldu şəhərində baş verib. Hakimiyyəti dəstəkləyən vətəndaşların evinə hücum edən terroristlər onların evindən qiymətli əşyaları zorla aparıblar. Daha sonra qiymətli əşyaları aralarında bölə bilməyən qarətçilıər bir-biriləri ilə dava ediblər.
Başqa bir hadisə isə Lazkiyə sərhədində özünü “sələfi” adlandıran qarətçi terroristlərin evlərə hücum etməsidir.
Girə bilmədikləri evləri içəridən yandıran terrorçular, bununla vətəndaşları Bəşər Əsəd hakimiyyətinə dəstək verdiyi üçün cəzalandırmaq istəyirlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır