21 sentyabr 2012 - 20:30

Seynurla qərəzli münasibət onu göstərir ki, islamçılara qarşı hətta cəzaçəkmə müəssisələrində də normal və ədalətli yanaşılmır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən sentyabrın 9-u islamçı Seynur Hüseynovun cəza çəkdiyi həbsxanada bir çox məhbus kütləvi şəkildə ağır şəraitə etiraz edib.

Məhbusun yaxınları İslaminsesi.az xəbər portalının sorğusuna cavab olaraq bildirmişlər ki, S. Hüseynov həmin etirazda iştirak etməyib, lakin buna baxmayaraq təqsirləndirilən şəxslər arasında S. Hüseynovun da adı olduğunu eşitmişik.

Hal-hazırda Seynur əvvəl cəzasını çəkdiyi Binə həbsxanasına köçürülüb.

Orada onun yenidən mühakimə olunacağı və guman ki, cəza müddətinin artırrılacağı gözlənilir. Məhbusun ailə üzvlərinin cəzaçəkmə müəssisəsində Seynurla qərəzli münasibət göstərilməsi haqqında dəfələrlə məlumat almaları göstərir ki, islamçılara qarşı hətta cəzaçəkmə müəssisələrində də normal və ədalətli yanaşılmır.

Qeyd edək ki, fevral ayının 13-də İslam Peyğəmbəri Həzrəti Muhamməd (s) və ikinci İmam Həsən(ə) -ın vəfat günü münasibəti ilə Xocalı soyqırımını anmaq üçün Şəhidlər Xiyabanına yürüş etmək istəyən dindarlar, o cümlədən də Seynur Hüseynov polislər tərəfindən döyülərək həbs olunmuşdu. Hazırda islamçılar məhkumluq həyatı yaşayırlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır