Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin Ərdoğan hökumətinə yaxınlığı ilə tanınan “Yeni Şafak” qəzeti son vaxtlar ölkəni bürüyən PKK partlayış-terrorlarının arxasında İsrail xüsusi xidmət orqanlarının dayandığını, teraktlar üçün istifadə olunan texnoloji avadanlıqların isə Azərbaycanda qurulan şirkət vasitəsilə əldə edildiyini yazıb. Yazını Azərbaycan türkcəsinə uyğunlaşdırmaqla diqqətinizə çatdırırıq:
***
Bingöldə əvvəlcə 8 polisi, ardından 10 əsgəri şəhid edən hücumlarda terrorçuların vacib olan kəşfiyyat məlumatını Fələstin torpaqların işğal etmiş sionist israil rejiminin istehsalı yüksək texnoloji avadanlıqla – “casus cihazlar”la əldə etdikləri təsbit olunub. Polisləri daşıyan mikroavtobusla silahsız əsgərləri daşıyan avtobusların hərəkət saatlarını terrorçuların necə təsbit etdiyini araşdıran təhlükəsizlik gücləri təəccüblü detallara çıxıblar.
PKK-çıların həm radio, həm də GSM xəttlərini dinləmə xüsusiyyətinə malik cihazlarla hücumdan qabaq kəşfiyyat apardıqları, polis və əsgərləri daşıyan nəqliyyatın hərəkət saatlarını bu yolla öyrəndikləri bəlli olub. Bunun üçün aylarla əvvəldən fəaliyyətə başlayan terror təşkilatı, Azərbaycanda qurduğu şirkət vasitəsilə israilin Tadiran Telekom şirkətinin istehsal etdiyi cihazları satın alıb. “Aviyonik” sistemlərlə təchiz edilmiş “casus cihazlar”, Azərbaycandan Şimali İraqdakı Hınare düşərgəsinə çatdırılıb.
İşğalçı israil rejimində olan Tadiran Telekom şirkətinin AR-GE mərkəzində çıxarılan radio sistemlərinin, terrorçulara saxta şirkət üzərindən çatdırıldığı təyin olunub. Avropa Birliyi ölkələrində mədəni fəaliyyətlər xaricində hərəkət sahələri məhdudlaşdırılan terror təşkilatı, yeni nəsil ünsiyyət vasitələrini Türkiyədəki PKK-çılara çatdırmaq üçün maraqlı bir yola müraciət etdi.
Cihazların alışı üçün əvvəl Azərbaycanda yalançı, əslində mövcud olmayan bir şirkət qurulub. Bu ilin fevral ayında işğalçı israil rejimin firması ilə PKK ümumən 95 ədəd “casus cihaz”ın alışı üçün sifariş verib. Həmin ayda başlanan çatdırılma iyun ayına qədər davam edib. Azərbaycandan göndərilən cihazlar, Şimali İraqda terrorçuların təlim keçdiyi Hınare düşərgəsinə çatdırılıb. Cihazların istehsalını isə işğalçı israil rejimi tərəfindən Hindistanda qurulan başqa bir saxta şirkət həyata keçirib.
Terrorçular Fələstin torpaqların işğal etmiş sionist israil rejimindən aldıqları yeni nəsil telsizlərlə təhlükəsizlik güclərinin tezliklərinə girib konvoyların yolunu anbaan təqib ediblər. Fevraldan iyuna qədər, 5 ay müddətində PKK İsraildən 41 ədəd “Aviyonik”, 19 ədəd “Point-Point” adlandırdıqları cihaz və 35 ədəd VHF/UHF radio sistemini satın alıb. Terrorçular çiyində daşına bilen bu “casus cihazlar”la bölgədə təhlükəsizlik güclərinin danışıqlarını dinləyiblər.
Elazığdakı Qəbul-Toplanış Mərkəzindən (KTM) əsgərlərin kütləvi halda hansı saatda yola çıxacağı, məhdud saydakı personaldan başqa heç kimə deyilməmişdi. Elazığdan yola çıxan və bir qrup əsgəri Bingöldə buraxandan sonra Muşa doğru davam edən konvoy meşəlik sahədə hücuma uğramış, avtobuslarda olan 167 əsgərdən 10-u şəhid olmuşdu. Terror təşkilatının, hərbi konvoyun nə yola çıxışması ilə bağlı məxfi məlumatı necə əldə etdiyi üzərinə fokuslaşan təhlükəsizlik gücləri PKK-çıların israil istehsalı cihazlarla bölgədəki GSM xəttlərini və telsizi dinlədiyini aşkarlayıb.
İşğalçı israilin əhəmiyyətli sənaye şəhərlərindən Petah Tikvada texnologiya şirkəti "Tadiran Telekom", IP telefon, şəbəkə sistemləri, dinləmə cihazları və mobil proqram istehsal edir. Terrorçulara Azərbaycan üzərindən göndərilən “Aviyonik” dinləmə cihazı ilə “Point-Point” telsizləri təhlükəsizlik qüvvələrinin istifadə etdiyi cihazların frekanslarına girərək, onları dinləmək imkanı verir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır